Yaşadığınız yerdən uzaqda işləyərkən həmişə evinizin təhlükəsiz olduğundan əmin olmaq vacibdir. Ora gərgin bir iş günündən gələrək maksimum rahatlıq istəyirsən. Evin avtomatlaşdırılması sizə bu işdə kömək edəcək ki, bu da onu yaşayış üçün ideal yerə çevirəcək. Təcrübəli mütəxəssislərdən ibarət komanda bağ evi üçün Ağıllı Ev avadanlığını seçib quraşdırmanıza kömək edəcək.
Bağ evi üçün Ağıllı Evdə hansı funksiyalar var?
Yalnız bir neçəsiləri bunlardı:
təhlükəsizlik;
videomüşahidə;
hovuz nəzarəti;
qapalı iqlim nəzarəti;
suvarma sistemi.
Təhlükəsizlik və videomüşahidə sistemi kommunikasiyalar üzərində mühafizə funksiyalarını və nəzarəti həyata keçirir. Həm ev daxilində, həm də həyətyani ərazidə hərəkətlərə tam nəzarət edir və yad adamların həyətinizə keçməsindən zəmanət verir. Smartfonunuzdan istifadə edərək evinizdəki həyatı uzaqdan izləyə və idarə edə bilərsiniz.
Əgər uzun müddət bağ eviniz boş qalarsa, sizin evinizi izləyən yad admalr üçün, evdə olma bənzətməsi yaratmaq olar. Bu halda lazım olan anda evdə asta insan səsləri və musiqi səslənəcək, işıqlar yanacaq, pərdələr açılıb bağlanacaq. Bütün bunlar çağırılmamış ziyarətçilərin girişinin qarşısını almağa kömək edəcək.
Qəzaların qarşısını almaq üçün “Ağıllı Bağ Evi”ndə su vəya qaz sızması baş verdikdə evdə quraşdırılmış su sızması və qaz sızması sensorları dərhal su və ya qaz klapanları bağlıyaraq hadisə barədə ev yiyəsinə siqnal ötürəcək. Tüstü detektorları isə yanğından eviniz qoruyacaq.
Hovuz Ağıllı Evin avtomatlaşdırılmasına da daxil edilə bilər. Sistem avtomatik olaraq suyu toplayacaq, istənilən temperatura qədər qızdıracaq və lazım olduqda təmizləyəcək. O, həmçinin hovuzun vəziyyətinə nəzarət edəcək, suyun dəyişdirilməsi vaxtının gəldiyinə qərar verəcək və suyun səviyyəsini istədiyiniz səviyyəyə çatdıracaq.
Əgər şəhərkənarı evin ərazisində yaşıl və ya sadəcə baxımlı bir qazon varsa, bunun həlli üçün Smart Home suvarmanın müxtəlif sistemlərini özünə daxil edir.
Evin içərisində müəyyən bir temperatur və rütubət saxlamaq lazım olan otaqlar varmı — şərab zirzəmisi, kitabxana, podvallar? Onda ağıllı bağ evi sistemində avtomatik iqlim nəzarəti üçün sensorlar təmin edilə bilər.
Soyuq havalar başlayanda, “Ağıllı Bağ Evi” hazırda hansı rejimin məhz indi ən effektiv olduğunu müstəqil olaraq seçərək istilik sistemini işə salacaq.