Müasir innovativ «Ağıllı Ev»sistemi öz sahibinin həyatını rahat və maksimum təhlükəsiz edəcək. Smart ev kompleksin tərkib hissələrindən biri darvazaların avtomatik açılması və bağlanmasına cavabdeh olan qurğudur.
Ağıllı darvazların adi pultla idarə olunan darvazalrdan fərqi:- Mövcud olan pult və düymə ilə bərabər Smartfonla idarə olunur.
- Səslə açılıb bağlana bilir. Məsələn “Mən evə yaxınlaşıram darvazanı aç” dedikdə, darvazanın qapıları açılır, və “Darvzanı bağla” dedikdə darvaza bağlanır.
- Darvaznı evdə olmadan belə idarə edə bilərsiniz. Məsələn, qonaq gəldikdə işdə və ya digər şəhərdə ola-ola darvzanı qonaq avtomobili üçün aça bilərsiniz.
- Müvafiq proqramlar vasitəsilə siz tez və asanlıqla ayrı-ayrı ailə üzvlərinə və digər şəxslərə girişə icazə verə, həmçinin onu ləğv edə bilərsiniz. Hər halda, sistem üzərində bütün nəzarət sahibinin əlində olacaq. İsədiyi vaxt o hüququ istədiyi şəxsdən ala biləcək.
- İdarə etməyə hüquq verən şəxslərin ağıllı darvazadan imkanları vaxtla nizamlana bilər. Məsələn, sürücü yalnız 1-5ci günlər axşam saat 7yə qədər ağıllı darvazanı öz smartfonu ilə açıb bağlaya bilər, digər günlər saat 7dən sora və şənbə-bazar bütün günü sürücünün smartfonunda bu funkisya aktiv olmadığı üçün işləməyəvək.
- Statistika funskiyası. Darvaza nə vaxt və kim tərəfdən açılıb bağlanmasını öyrənmək imkanı.
Yuxarda sadalanan funskiyalardan əlavə siz Smart darvaza fantaziyanıza və istəyinizə uyğun olaraq hər bir ssenari əlavə edə bilərsiz.