LOADING...

Ağıllı ev heyvanlara qulluq üçün

Smart Home sistemindən istifadə edərək, siz ev heyvanlarının avtomatik qidalanmasını təşkil edə bilərsiniz və bunun üçün ağıllı qida qutusu lazım olunacaq. Bu cihazın köməyi ilə müəyyən vaxtda heyvanın ehtiyac duyduğu miqdarda yem qidalandırıcıya veriləcək. Ağıllı yem qutusu həmçinin smartfonda quraşdırılmış xüsusi proqram vasitəsilə idarə olunur. Avtomatik qidalanma həm cədvələ uyğun olaraq konfiqurasiya oluna bilər, həm də qrafikdən asılı olmayaraq və uzaqdan həyata keçirilə bilər.

Ağıllı ev sistemi həmçinin heyvanların saxlandığı yerin qapısını qrafikə uyğun açıb bağlaya bilər. Məsələn, hər gün səhər saat 7də qpı açılsın, və axşam 9da bağlansın. Qapının açılıb bağlanmasını həmdə evdən uzaqda olarkən smartfonunuz vasitəsi ilə də edə bilərsiz.

Ağıllı ev vasitəsi ilə heyvanlara aid müəyyən ssenarilərdə qurula bilər. Məsələn, həyət evində siqnalizasiya işə düşdükdə, həyətin qorunması üçün saxladığınız itin qapısı avtomatik açıla bilər, buda cinayətkarın qorxub qaçmasına səbəb ola bilər. Digər ssenari ilə, çöldə quraşdırılmış temperatur sensoru hava isti olduğunu müəyyən edərək heyvanlar üçün qoyulmuş su qabını daha çox su ilə doldurulmasına kamanda verə vilər.

Gördüyünüz kimi ağıllı ev sistemi evinizin və heyvanlarınızın qulluğu üçün sizin istəyinizə və fantaziyasınıza uyğun işləyə bilər.