“Ağıllı ev” texnologiyası təkcə pultun köməyi ilə gündəlik həyatı sadələşdirməyin bir yolu deyil, həm də oğrulardan qorunma vasitəsidir. İdeya, evi quldurlardan qorumaq, ev sahibin olmasının görünüşünü yaratmaq, potensial rəqibə niyyətlərin həyata keçirilməsinin təhlükəsini göstərmək fəal şəkildə istifadə olunur.
Hansı funksiyalar təhlükəsizliyi təmin etməyə kömək edəcək?
Sistemi qurarkən mövcud imkanlara xüsusi diqqət yetirilməlidir, seçimlər əvvəlcə nəzərdə tutulmamışdırsa funksionallığı daha da genişləndirməyə çalışmaq lazımdır. Məsələn, təhlükəsizliyin yaradılması üçün uzun illərdi “ev sahibi fəallığı” taktikası yaxşı işləyir. Ev sahibi uzaqda olarkən, sistem evdə insanların mövcudluğunu imitasiyasını yaradacaq. Bu haqda cinayətkara informasiyanı hərəkət edən, axşam vaxtı isə komanda üzrə bağlanan pərdələr, işləyən televizor və lampalarda yanan işıq verəcək.
Qeyd etmək lazımdır ki, pərdələr müxtəlif varyantlarda proqramlaşdırıla bilər. Məsələn, bir bağ evinin müxtəlif otaqlarında təsadüfi qaydada bağlanması. Pərdələrin bağlanması, işıq mənbəyinin görünüşü ilə eyni vaxtda açılması üçün sistemə işıq sensoru qurmaq seçimi kömək edəcəkdir. Pərdələrin öz-özünə hərəkətləri, işıqlandırmanın tənzimlənməsi, cihazların bir kompleksdə işə salınması evdə insanların olmasının görünüşünü yaradacaq və oğruları evə girməyə qorxudacaq.
Taktika nə dərəcədə effektivdir?
Oğru ev sahibinin evdə olub və ya olmaması faktına əmin olması üçün iki gündən çox müddətə müşahidə aparmalıdır. Belə bir fəaliyyəti görən soyğunçu, yaxalanma riski olduğu üçün, bu evdən yan keçib daha asan qurban seçəcək. Bu taktikadan əlavə evin qorunması üçün əlavə sqnalizasiya və təhlüksizilik kameraları kimi qorunma vasitələri mövcuddur.
Əsas təhlükəsizliyin təmin edilməsinə kömək edən “Smart Home” sisteminə gəlincə, texnologiya məişət texnikasının, elektrik enerjisinin işini müəyyən vaxta təyin etməyə imkan verir. Bu həyata keçirilən fəallığın həqiqətə uyğun olmasını yaradacaq. Adətən, birbaşa soyğunçuluq prosesinə keçməzdən əvvəl cinayətkarlar obyektlərə diqqətlə baxırlar.
Oğrular üçün seçilmiş evdə, təkcə arzu olunan qiymətli əşyalar olmalı deyil, həm də tutulmamaq üçün ev aşağı səviyyədə təhlükəsizliyə malik olmalıdır. Evin təhlükəsizliui nə qədər yüksəkdirsə, oğrunun o evi seçmək ehtimalı bir o qədər azdır.
Adətən quldurlar bir neçə gün və ya həftə ərzində heç bir fəaliyyətin olmadığı obyektlərə üstünlük verirlər. Evdə işıq, televizor daimi yandırıldıqda və vaxtaşarı söndürülükdə oğrunun o evlə əlaqə qurmaq istəməsi ehtimalı azalır və təhlüzkəsi olmayan daha yüngül qurbana üz tutur. Beləliklə, Smart Home texnologiyası uzun illərdir ki, əmlakın toxunulmazlığını qorumağa, oğurluq riskini minimum ehtimala endirməyə kömək edir.