Rayon və şəhərkənarı evlər üçün Ağıllı evin hansl üstünlükləri var?
İnkişafının bu mərhələsində avtomatlaşdırma sistemləri aşağıdakı məsələləri həll etməyə qadirdir:
- istilik sistemini idarə etmə;
- işıqlandırmanı idarə etmə;
- evin və ona bitişik ərazinin mühafizəsi;
- ventilyasiya sistemini idarə etmə.
İstilik sistemini idarə etmə
Qış aylarında şəhərkənarı evin istilik sistemi nadir günlərdə qoşulur. Bu ev sahiblərinin rayon evlərində istirahət günlərini keçirmək və ya bayramları qeyd etmək üçün gəldiyi zaman baş verir. Evin enerji sisteminə inteqrasiya olunmuş avtomatlaşdırılmış sistem sahibinin olmadığı zaman otaqda havanın temperaturunu tənzimləməyə qadirdir.
Məsələn, bir rayon evinin sahibləri həftə sonunu orada keçirməyə qərar verdilər. Cümə günü günortadan sonra evin sahibi mobil proqram vasitəsilə rayondakı istilik sistemlə əlaqə saxlayıb əmir verirki planlaşdırılan gəlmə vaxtına evdəki temperatur lazımı səviyyədə olsun.
Həmçinin, sistem ev sahibinin iştirakı olmadan evdə temperaturu elə bir səviyyədə saxlaya bilər ki, ev hətta ən şiddətli şaxtalarda belə donmasın — bu, mebel və məişət əşyaların saxlanılmasına kömək edir.
İşıqlandırmanı idarə etmə
Evdə və ətraf ərazidə işləyən işıqlandırma cihazlarının idarə edilməsi ağıllı ev sisteminin başqa bir effektiv xüsusiyyətidir ki, bu da yalnız rahatlıq əlavə etməyəcək, həm də əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edəcəkdir.
Avtomatlaşdırma sistemi evin sahibi tərəfindən günün müxtəlif vaxtlarında və müxtəlif rejimlərdə işıqlandırma üçün elektrik enerjisindən ən səmərəli istifadə etmək üçün konfiqurasiya edilə bilər.
Məsələn, sistem evin sahibləri tərəfindən aktiv olmayan zaman otaqlarda işıqları söndürmək üçün hərəkət sensorları ilə təchiz oluna bilər. Gecə minimum işıq miqdarından istifadə etmək üçün «tutqun işıq» funksiyası təyin edilə bilər.
Həmçinin, ağıllı işıqlandırma passiv təhlükəsizlik sistemi kimi konfiqurasiya oluna bilər — hərəkət sensorları həyətyani torpağın perimetri ətrafında potensial təhlükə aşkar etdikdə, həyətdəki işıq maksimum gücdə yanacaq.
Evin və ona bitişik ərazinin mühafizəsi
Ərazinin mühafizəsində “ağıllı ev” sistemindən istifadə etmək üçün aşağıdakı funksiyalardan istifadə etmək olar:
- hərəkət sensorları ilə inteqrasiya olunmuş işıqlandırma sistemi;
- ətraf mühitin analizi sistemiylə inteqrasiya edilmiş səs siqnalı sisteminə nəzarət;
- evin sahibinə, hüquq-mühafizə orqanlarına və mühafizə şirkətinə baş verən həyəcan siqnallarını və video çəkilişlərini avtomatik göndərmək imkanı.
Ventilyasiyanı idarə etmə
Avtomatik ev idarəetmə sisteminin evin havalandırma və kondisioner sisteminə inteqrasiyası evdə təmiz havanın sabit təsirinə nail olmağa və rütubətə nəzarət etməyə kömək edəcəkdir. Nəticədə ev sahibi həmişə dərindən sinəylə tam nəfəs ala biləcək, mebel yüksək rütubətdən xarab olmayacaq, geyim və paltar nəmlənməyəcək.