HÜQUQİ XƏBƏRDARLIQ VƏ ƏMTƏƏ NİŞANININ QORUNMASI
1. Əqli Mülkiyyət və Müstəsna Hüquqlar Smartev® adı, loqotip dizaynı və bu brendlə bağlı bütün digər əqli mülkiyyət hüquqları «SMARTO MMC»-yə məxsusdur və Azərbaycan Respublikasının müvafiq dövlət orqanları (Əqli Mülkiyyət Agentliyi) tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrinə əsasən, qeydiyyata alınmış əmtəə nişanı dövlət tərəfindən qorunur və onun üzərində müstəsna istifadə hüququ yalnız hüquq sahibinə («SMARTO MMC») məxsusdur.
2. Qadağan Edilmiş Fəaliyyətlər «SMARTO MMC»-nin qabaqcadan rəsmi və yazılı icazəsi olmadan Smartev® əmtəə nişanından və ya ona oxşar, səs və yazılış baxımından istehlakçını çaşdıra biləcək hər hansı digər nişanlardan (məsələn: smart ev, smart ef, smart-ev, smarteff, smartev.az və s.) aşağıdakı məqsədlərlə istifadə etmək qəti qadağandır:
- Məhsulların, xidmətlərin, sənədlərin və ya qablaşdırmaların üzərində yerləşdirilməsi;
- Reklam materiallarında, sosial şəbəkələrdə, elanlarda və ya internet saytlarında kopyalanması və ya istifadəsi;
- Domen adlarında, ticarət nişanlarında və ya hər hansı digər kommersiya məqsədli fəaliyyətlərdə tətbiqi;
- Sosial şəbəkələrdə (Instagram, Facebook, TikTok, YouTube və s.) və ya axtarış sistemlərində kommersiya, reklam, auditoriya cəlb etmək və ya axtarış nəticələrini manipulyasiya etmək məqsədilə brendə aid heşteqlərdən (məsələn: #smartev, #smart_ev, #smarteff, #smartevaz və s.) istifadə edilməsi.
3. Qanunsuz İstifadəyə Görə Məsuliyyət və Cəza Tədbirləri Smartev® əmtəə nişanının qanunsuz istifadəsi əqli mülkiyyət hüquqlarının kobud şəkildə pozulması hesab olunur. Qanun pozuntusu aşkar edildiyi halda, «SMARTO MMC» hüquqlarının bərpası üçün xəbərdarlıq etmədən məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, əmtəə nişanının qanunsuz istifadəsi aşağıdakı məsuliyyətlərə səbəb olur:
- Mülki məsuliyyət: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, qanunsuz istifadə nəticəsində «SMARTO MMC»-yə dəymiş maddi və mənəvi zərərin, habelə əldən çıxmış faydanın (gəlirin) tam həcmdə ödənilməsi tələb olunacaq.
- İnzibati və Cinayət məsuliyyəti: Əqli mülkiyyət hüquqlarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 412-ci maddəsinə (Əmtəə nişanlarından qanunsuz istifadə) və Cinayət Məcəlləsinin 197-ci maddəsinə (Əmtəə nişanından qanunsuz istifadə etmə) əsasən ciddi maliyyə cərimələri, saxta məhsulların müsadirə edilərək məhv edilməsi və müvafiq hallarda cinayət məsuliyyəti nəzərdə tutulur.
4. Rəsmi İcazə və Əlaqə Smartev® brendi ilə rəsmi əməkdaşlıq etmək və ya əmtəə nişanından qanuni əsaslarla istifadə etmək üçün mütləq şəkildə «SMARTO MMC» ilə əlaqə saxlanılmalı və rəsmi razılıq alınmalıdır:
- E-poçt: [email protected]
- Telefon: +99702466405

