“Ağıllı” pərdələr yüksək texnologiyalar inkişafının nəticəsidir. Onlar ağıllı ev sisteminin əsas komponentlərindən biridir. Avtomatik açılan pərdələr və panjurlar istifadəsində kamfort və rahatlıq verən praktiki interyer atributudur. Funksionallığa gəldikdə isə, idarəetmə sistemi incə detallarına qədər düşünülmüşdür.
Ağıllı panjurlar və pərdələr aşağıdakı vasitələrlə idarə olunur:
- Pultla
- Düymə ilə
- Adi üsulla, yəni əl ilə
- Smartfon/planşetlə (Android/iOS)
- Virtual səs köməkçisi vasitəsi ilə
Mexanizmdən və karnizlərin səviyyəsindən asılı olaraq bir neçə növ pərdələr var:
Qalxıb-yenən. Bura jalyuzlar aiddi.
Aralanan. İstiqamətindən asılı olaraq bu tip prədələr sol, sağa və ya ortadan ayrılan pərdələrə bölünürlər.
Smart ev bütün növ pərdələrə idarə edə bilir. Bunun üçüm sizdə olan pərdəni dəyişməyə ehtiya yoxdu. Ağıllı evin cihazları bütün növ pərdələri üçün nəzərdə tutub.
Smart pərdələr həm pərdənin yanına quraşdılımış düymə ilə, həm smartfonunuzla həmdə avtomatik şəkildə idarə oluna bilər.
Avtomatik funksiyalar müəyyən edilmiş ssenarilərə uyğun olaraq həyata keçirilir:
Pərdələr müəyyən vaxt ərzində açıla/bağlana bilər.
Təhlükəsizlik funksiyalarının qurulması. Əgər evdə uzun müddət kimsə olmaycaqsa pərdələr vaxtaşırı öz-özünü bağlanıb açılacaqki, evdə kiminsə olma təsvürü yaratsın.
İşıq sensoru vasitəsi ilə, günəşin ilk şüaları görünəndə pərdələr bir-birindən ayrılır. Gecə düşəndə isə sensor süni beyinə pərdələri bağlamağı əmr edir.